2 Oktyabr 2018 13:48
2 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə evlilik verilişinə çıxandan sonra məşhurlaşan azərbaycanlı model Naz Mila müzakirələrə səbəb olacaq açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, model bu dəfə xərçəng xəstəsi olan əməkdar artist Tünzalə Əliyevaya söz atıb. O instaqram səhifəsində Toppuş bacının şəklini paylaşaraq, bu sözləri qeyd edib:

"O gün mən pis olmuşdum ki, Toppuş bacı xəstədi. Bəs mənə niyə demirsiniz ki, özünə maşın, ev almaq üçün elə edir? Mənə də yardım edin, neçə vaxtdır yaxta almaq istəyirəm. Qrip olmuşam, yardım kampaniyası edin. İmkanım yoxdu gəmi almağa".


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər