Aparıcı Azər Axşam sosial şəbəkədə onunla bağlı lazımsız xəbər yazanlardan polisə şikayət edəcək.
Teleqraf.com-un məlumatına görə, aparıcı bu barədə “Gündən günə” verilişində danışıb: "Sosial şəbəkədə səhifə açılıb və mənimlə bağlı xəbərlər dərc edirlər. Polisə müraciət edəcəm. Onu yazıb dərc edənləri, eyni zamanda şərhlərin sahiblərini məhkəməyə verəcəm. Təzminat tələb edəcəm. Rəy bildirməyə ixtiyarınız yoxdur.
Mənim necə ata, insan olduğumu bilmədən o, sözləri yazmaq olmaz. Yazan iddia edir ki, oğlumu ilk arvadımdan alacam. Onun orientasiyası yerində deyil. 21 yaşlı oğlanı kim məhkəmə yolu ilə ala bilər? Ən pisi məni tanımayan insanlar haqqımda ən alçaq, ən aşağı sözlər yazıblar. Ailəli adamam, sevdiyim həyat yoldaşım var. Kiçik oğlumla böyük arasındakı münasibətləri qoruyub saxlayıram. Deyirəm, bu onun, o bunun anasıdır, hörmət edin. Sülhsevər, mehribançılıq xoşlayan adamam.
"Birinci həyat yoldaşımı məhkəməyə verib, 21 yaşlı oğlumu ondan alacam" iddiası gülməlidir".