12 Oktyabr 2018 15:07
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nahidə Orucova dünyasını dəyişən qardaşından danışıb.

Teleqraf.com-un məlumatına görə, aktrisa “Səhər-səhər” verilişində bildirib ki, qardaşını gənc yaşlarında itirib: ““Çox istəyərdim ki, qardaşım yanımda olsun. Qardaş mövzusu yaralı yerimdir. Onu 25 yaşında, çox cavan itirdik. Böyüklə böyük, kiçiklə kiçik idi.

Ailə dostumuz ondan pul istəyib. O isə pulu olmadığı üçün yox deyib. Həmin adam gecə qardaşımın yanına gedib və yatdığı yerdə butulkanın arxası ilə vurub. Yatan yerdə heç ilan adama yaxın gəlməz…”


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər