23 Avqust 2014 13:22
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay artıq sona çatır, amma ulduzlar işlərinə dönmək istəmir. Onlar bu son isti, günəşli günləri okean və ya dəniz sahilində keçirirlər.

Teleqraf.com olaraq ,sizə dünyanın ən məşhur ulduzlarının harada və necə dincəldiyini barədə məlumatları təqdim edirik.

Beyons bütün dedi-qodunu bir kənara qoyub instragram hesabında yay fotolarını paylaşır.

Cenifer Lopes qəlb rahatlığı ilə dincəlməyi bacarır. Qızılgül ləçəkləri ilə isti vanna yalnız gözəl SPA proseduru deyil, həm də sinir sistemi üçün xeyirlidir. Lopes nə etdiyini bilir...

Peris heç vaxt məğlub olmur. Qlamurun keçmiş kraliçası kişiləri başadan çıxaracaq çimərlik geyimlərində fotolarını müxtəlif sosial şəbəkələrdə paylaşmaqdan yorulmur. Bədəni əla formadadır.

Alessandra Ambrosio Havay adalarında dincəlib. İnstagram hesabında “Mən cənnətdəyəm” şərhi ilə fotolarını paylaşıb.

Məşhur Hollivud aktrisası Qvinet Peltrou qərara gəlıb ki, məzuniyyətini ailəsiylə keçirsin. O, uşaqlıqdan bu yana sağlam həyat tərzinə üstünlük verir.

Cessika Simpson bacısının təşkil etdiyi tədbirdə göstərdi ki, son illər çəkdiyi zəhmət boşa getməyib.

27 yaşlı aktrisa Emmi Rossum üzməyi çox sevir. Ilk fürsətdə mütləq ya dənizə, ya da hovuza gedir.

Castin Biberlə tükənmək bilməyən didişmələr Selena Qomesi stress atmaq üçün yoqayla məşğul olmağa vadar edir.

Jizel Bündxen nəinki daxili eyni zamanda xarici tarazlığı qoruya bilir.

Ülkər


Müəllif:

Oxşar xəbərlər