12 Noyabr 2018 13:05
5 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Namiq Qaraçuxurlu ikinci evliliyindən olan övladı barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı “Hər şey daxil” verilişində qızı barədə bu sözləri deyib:

“Xarici ölkədə olanda övladıma paltar almıram. Çünki almaq işinə mən baxmıram. Əlbəttə ki, ölkədən kənarda olanda onu düşünürəm. Övlad elə bir varlıqdır ki, mən onun üçün düşünmədən canımı da verərəm. İndi 3 yaşı var”.

Namiq bildirib ki, övladının şəklini sosial şəbəkədə paylaşmayacaq: “Kim ki övladını paylaşırsa, yaxşı edir. Bu, normaldır. Amma mən göstərmirəm”.

Qeyd edək ki, meyxanaçının ilk evliliyindən 2 oğlu var. Lakin o, ilk evliliyini və 2 oğlu olduğunu daim mətbuatdan gizlədir.

Namiqin ikinci dəfə ailə qurduğu xanım isə şou-biznesə heç də uzaq adam deyil. O, şou aləmində Gaga ləqəbiylə tanınan xanımla ailə qurub. Bu xanım bir neçə il öncə tanınmış müğənni Rüfət Axundovun "Qəlb evimdən çıxdı getdi" mahnısında rol alıb.

Namiq Qaraçuxurlunun ilk evliliyindən olan övladlarının şəkillərini təqdim edirik:


Müəllif: Aygül Qarayeva