Müğənni Mirkamil Kamilov sosial şəbəkədəki səhifəsindəki paylaşdığı yeni statusla gündəmə gəlib.
Teleqraf.com-un məlumatına görə, ifaçı bu dəfə bildirib ki, nikahdan kənar övladı dünyaya gəlib. O bildirib ki, qızı 3 aylıqdır:
"Bu şəkli paylaşmaq borcumdur, xalqın övladıyam. Ağır xəstə vaxtlarımda öləcəyimi hiss etdiyimdən bu uşağı öldürməyi özümə ən ağır günah bildim və düşündüm ki, mən öldükdən sonra doğmalarıma məndən yadigar qalar. Amma gizlədirdim.
Şükürlər olsun ki, Allah və qızım məni yenə də sizlərə qaytardı. Allah bütün olmayanlara nəsib etsin. Qızımın adını da sizlərlə bölüşürəm. Sayra üçüncü ayındadır. Bir az da böyüsün sizlərlə və Sayra ilə birgə dəniz kənarına gəzintiyə çıxarıq".
Qeyd edək ki, Mirkamil beyin xərçəngindən, narkotikdən əziyyət çəkdiyini açıqlayıb. Onun son zamanlar paylaşdığı şəkil və videolar gündəm olur.