Müğənni Aysel Əlizadə şəxsi həyatından danışıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı “Altın Kelebek” mükafat mərasimi çərçivəsində lentə alınan “Böyük dəyişim” adlı sənədli filmin çəkilişlərində bildirib ki, seçim qarşısında olsa, sənəti yox, ailəni seçər:
“Hər şeydən vacib ailədir, övladdır, anadır. Gələcəyi düşünmək çox önəmlidir. Karyeranın ən pik, yüksək zirvəsində ola bilərsən. Amma bir gün aşağı düşürsən. Ailə isə daimidir. Bir-iki günlük qurulan ailədən danışmıram. Həqiqi ailədən söhbət gedir. Bir xanım kimi ən böyük arzum odur ki, ailəmin qadını, övladlarımın anası olum. Qarşımda seçim olsa, ailəni üstün tutaram. Sənət nankordur”.