21 Noyabr 2018 09:55
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə saatımı, nə maşınımı, nə də evimi reklam edirəm. Yalnız səsimi xalqa çatdırmaq istəyirəm”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri əməkdar artist Baloğlan Əşrəfov “Show news” verilişində deyib.

O bildirib ki, bəzi şou əhlindən fərqli olaraq, o yalnız sənəti ilə gündəmdə qalır:

“İnsanlar məni səsimə görə sevsinlər. Saat, maşın 3-5 günlük reklamdır. Yalnız oxumaqla, mahnılarla xalqın dərdinə şərik olmaq olar. Mən Azərbaycanda yeganə müğənniyəm ki, heç bir müğənni ilə problemim yoxdur. Dediyim sözə inanmırsınızsa, onu müğənnilərdən soruşa bilərsiniz. Mən şou-biznesdə küsülü olanları barışdırmağa çalışmışam. Bunu Azərbaycan incəsənətində olanlar bilir”..


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər