27 Noyabr 2018 14:49
1 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Mətanət Əliverdiyeva şəxsi həyatından danışıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı “Səhər-səhər” verilişində bildirib ki, bir müddət qayınanası ilə küsülü qalıb: “Əlbəttə, hər birimizin səhvi olur. Bircə onu bilirəm ki, rəhmətlik qayınatam gözəl insan idi. Mənim bişirdiyim yeməkləri çox bəyənirdi. Qayınanamla ara-sıra incikliklərimiz olurdu.

Bir dəfə ayağı sınmışdı, 1 ay çarpayıda yatası oldu. Küsülü olsam da ona baxdım. Bir evin içində onunla danışmırdıq. Amma ona elə qulluq elədim ki... Bəzi analar oğlunu gəlinə qısqanır”.

Qeyd edək ki, Mətanət Əliverdiyeva iki dəfə evil olub. Hər iki evliliyindən bir oğlu var. Hazırda subaydır.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər