Rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşına sürpriz edərək ad gününü təbrik edib.
Teleqraf.com-un məlumatına görə, Fatimə evinin qarşısını bəzəyərək ona sevgisini dilə gətirib.
İnstaqramda paylaşım edən rəqqasə fotoya belə qeyd yazıb:
“Bu gün ailəmin dayağı olan həyat yoldaşımın doğulduğu gündür. Oğlumun atası, nə yaxşı ki, dünyaya gəlmisən. Hər zaman başımızın üstündə olasan”.
Qeyd edək ki, Fatimə Fətəliyeva Xəyal adlı şəxslə evlidir. Cütlüyün bu nikahdan Hüseyn adlı oğlu var.
Rəqqasənin birinci evliliyindən olan qızının adı isə Aydandır.