6 Dekabr 2018 15:26
4 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova “Səhər-səhər” verilişində iddialı açıqlamalar verib.

Teleqraf.com-un məlumatına görə, müğənni bildirib ki, Azərbaycanda ilklərə imza atıb:

“İlk dəfə 2001-ci ildə Merlin Manro stilini, ətəyi qaldırmağı, saçı da o obraza uyğunlaşdırmağı mən elədim. Fiquram da idealdır. Həqiqətən 90-60-90-dır. Hər zaman formada oluram. Estetik əməliyyat etdirirəm, həkim səhv edir, o biri həkimə gedirəm.

Yenə öz dodaqlarıma qayıtdım. Doğrudan da mənim dodağımı pis əməliyyat eləmişdilər, indi düzəlmişəm. Tənqidlərə fikir vermirəm. Kiminsə fikri ilə oturub-durmuram. Öz stilim, öz danışığım var. Hələ mənim yaşıma gəlib çatsınlar. 90 faiz qlobusu gəzmişəm.

Siz harda olmusuz? Azərbaycan, rus, ingilis dillərini bilirəm. Hələ evlənin, nəvəniz olsun, daha sonra mənə nəsə deyin”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər