11 Dekabr 2018 16:03
2 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Könül Kərimova sosial şəbəkədə ona ünvanlanan plastik əməmliyyat etdirməsi ilə bağlı sualları cavablandırıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı bildirib ki, üzünə dolğu etdirməyib:

"Plastik əməliyyat etdirən ilklərdənəm. Artistlik edib, danmaq olmaz. Ən azından ailəmdən utanaram. Yox, gecə yatdım, səhər durdum ki, gözəlləşmişəm. Gözəllik ondur, doqquzu dondur. Saç rəngim dəyişib, makiyajımı illərdir özüm edirəm. Sosial şəbəkədə bu haqda mənə yazanları oxumuram. Hətta qadağa qoymuşam ki, kimsə oxuyub mənə desin.

Üzdə elə şeylər var ki, bunu etdirməliyik. İlk əməliyyatımı Gürcüstanda 25 il əvvəl etdirmişdim. Adi insanlar müğənnilərdən çox edir.

Guya mənim üzümdə dolğu var. Yox, sadəcə, kilo almışam. Bədənimdə geyimlə gizlədirəm kilolarımı. Üzdə isə gizlədə bilmirəm və dolğu kimi alınır. Ehtiyac olsa belə üzümə dolğu etdirmərəm".


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər