Aktrisa Pərvin Avıyeva "Maşın" realiti-şounun maraqsız keçdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, aktrisa özünün İnstaqram səhifəsində canlı yayım açaraq şou ilə bağlı izləyicilərin suallarına cavab verib.
O, şounun sonuncu sürətini bəyənmədiyini deyib: "Budəfəki "Maşın" şou çox maraqsızdır. Mən də heç bəyənmədim bu şounu. İstədiyim, mənə yaxın olan insanlar var. Amma belə oyun olmaz. Mən olanda qalmaqal, dava-qırğın çox idi".