Əməkdar artist Elza Seyidcahanının həmkarı Mətanət İsgəndərli barəsində dediyi "Məni harada görür pul verir" sözləri cavabsız qalmayıb.
Teleqraf.com-un məlumatına görə, Mətanət "ATV maqazin onlarla" verilişində Elza Seyidcahanın sözlərinə sərt reaksiya verib: "Küp tapmamışam ki... O nə deməkdir, Mətanət bankirdir? Zəhmətkeş adamam, əziyyətlə, zülmlə qazanıram.
Elzadan aldığım mahnı üçün istədiyi məbləği vermişəm. O, mənə nə vaxt zəng vursa, pul lazımdır, qurbandır. Onu o qədər çox istəyirəm ki... Qəlbi təmizdir, nə var dilindədir. Onun yanında adam qocalmaz".
Qeyd edək ki, Elza Seyidcahan Mətanət İsgəndərlinin nəzərdə tutaraq: "Harda görür, mənə pul verir. İndi də nə qədər istəsəm, pul verər" deyib.