2 Yanvar 2019 18:16
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günel Zeynalova (Azəri qızı Günel) növbəti dəfə Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəslə görüşüb.

Teleqraf.com-un məlumatına görə, Günel görüş zamanı çəkilmiş şəklini sosial şəbəkədə paylaşaraq, İbonu ad günü münasibətilə təbrik edib:

"O mənim mənəvi atamdır. İbrahim Tatlısəs, nə yaxşı ki, dünyaya göz açmısınız. Nə yaxşı ki, Allah bizi bu dünyada qarşılaşdırdı. Daha sağlam səsinizlə yanımızda olmağınızı istəyirik. Təbriklər".

Qeyd edək ki, Günel bir müddət öncə İbrahim Tatlısəsdən küsdüyünü demişdi. O buna səbəb kimi İbonun ona mahnı verməməyini göstərmişdi.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər