7 Yanvar 2019 11:22
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Vasif Məhərrəmli “Söhbət var” verilişinin qonağı olub.

Teleqraf.com-un məlumatına görə, ifaçı veriliş zamanı müzakirələrə səbəb olacaq açıqlama verib. O bildirib ki, kişilər xanımlarının yanında rahatlıq tapa bilmir: “Kişilər sevgilisinin yanında rahat olurlar. Bu, aktual mövzudur. Bizdə çalışırlar kişilər xəyanətin altından çıxsınlar, boyunlarına almasınlar. Zaman-zaman tutulurlar. Amma bir şey var ki, Azərbaycan xanımları uşaqlar və ailə naminə kişilərin səhv addımlarına göz yumurlar. Buna görə də əhsən bizim Azərbaycan xanımlarına.
Adət-ənənələrimiz o qədər mükəmməldir ki, tam səmimi deyirəm, evdə xanımla rəftar tamam fərqlidir. Uşaqla, ailə ilə kişinin bir yox, bir neçə pərdəsi olur. Amma bizim kişilərimiz sevgili yanında rahat olurlar”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər