8 Yanvar 2019 09:38
5 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun özünə ad günü keçirib.

Telelqraf.com-un məlumatına görə, gecədə ən yadda qalan məqam Aysunun ögey qardaşı Elvinlə rəqs etməsi olub.

Həmin anı əks etdirən videonu da Rəqsanə öz səhifəsində paylaşaraq, “Maşallah, toyunuzu görüm” sözlərini əlavə edib.

Qeyd edək ki, Elvin Rəqsanənin biznesmen əri Fazil Əmiraslanovun ilk evliliyindən olan oğludur. İş adamı ilə Rəqsanənin isə əkiz övladları var.

Fazil Əmiraslanov müğənninin qızları Aysun və Yağmura da öz soyadını verib.

Xatırladaq ki, Elvinin daha öncə də şəkilləri mediada yayılmışdı.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər