10 Yanvar 2019 11:05
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil bəyin ilk nikahdan olan övladı barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı bildirib ki, onu doğma uşaqlarından seçmir:

"Allah hər zaman sizi mehriban eləsin və hər ikinizi qorusun. Toyunuzu görək, inşallah. Elvin mənim üçün Aysun necədirsə elədir. "Ögey" sözü mənə yaddır. Elvini mən dünyaya gətirməmişəm, ancaq onu Aysun və o biri övladlarım qədər istəyirəm.

Həyat yoldaşımın elə gözəl xasiyyəti var ki, hər şeyin təməlini ilk gündən qoyub. Hər birimiz elə addımlayırıq. İstər övladlarımız, istərsə də mən - bizdə ayrı-seçkilik yoxdur".


Müəllif: Aygül Qarayeva