11 Yanvar 2019 13:38
5 890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Zülfiyyənin oğlu, müğənni Babək Quluzadə şəxsi həyatından danışıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı bildirib ki, evləndiyi xanım öz seçimi olub: “Təbii ki, böyüklərlə də məsləhətləşdik. Evdəkilər gördü, bəyəndi. Məsələ alınmırdı, evlənməkdən qaçırdım. Bu iş sonradan pozuldu.

Heç kimin xəbəri olmadan evlənəcəyim xanımla danışdım, dedim ki, biz bir-birimizi tanımalıyıq. Özünü başqa insanda tapmaq söhbəti var. Qadın olan bəndəni hər zaman düşünmək lazımdır”.

Oğlunun sözlərindən sonra Aşıq Zülfiyyə də düşüncələrini dilə gətirib:

“Gəlinim dayım nəvəsidir. Oğlum mənə dedi ki, 30 yaşıma qədər mənə dəymə. Mən də onun fikrinə hörmətlə yanaşdım. Mən də qızı gözlədə bilməzdim. Çəkildim kənara. Məndən xəbərsiz qıza zəng edib deyib ki, görüşək, söhbət edək. Bunu heç kim bilməsin. Əgər fikrimiz üst-üstə düşərsə, bunu açıqlayarıq. Yəni qızın adına söz çıxartmaq istəməyib”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər