16 Yanvar 2019 11:35
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün müğənni Nura Suri paytaxt məkanlarının birində "Dönmək olmur" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.

Teleqraf.com xəbər verir ki, ifaçının xoş gününə onun sənət yoldaşları da qatılıb.

Xalq artisti Brilliant Dadaşova, müğənnilər Səidə Sultan, Sevda Yahyayeva, Vüsal Hacıyev, aparıcılar Samir Bayramlı, Kazım Sübhan, aktyor Elşən Orucov, stilist Elnur Həsənov, vizajist Nigar İbrahimova və digərləri təqdimat mərasiminə gələrək Nuraya dəstək olub.

Media nümayəndələrininin də iştirak etdiyi tədbirdə Suri bildirib ki, "Dönmək olmur" mahnısına çəkdirdiyi klip "Gitme" adlı mahnıya çəkilən ekran işinin davamıdır: "Çəkilişlərimiz iki gün davam etdi. Beş geyimdən istifadə etmişik. Klip üzərində 30-a yaxın adam çalışıb".

Mahnının sözləri Elvin Babazadənin, musiqisi və aranjimanı isə Fərid Ağanındır.

Foto: Məhəbbət Nəsirov


Müəllif: Aygül Qarayeva