Modelyer Fəxriyyə Xələfova sevgidən bəhs edib.
“Bizim gün” verilişinin qonağı olan modelyer həqiqi sevginin varlığına inandığını bildirib:
“Mən fəlsəfi fikirlərə, romantik əsərlərə inanıram. Həqiqi sevgi var. Yaşadığı eşqi gerçək və gözəl etmək insanın öz əlindədir. Sevgini hər yerdə tapmaq mümkündür. Mən onun varlığına inanıram. Ən başlıcası isə, içimizdə Allaha sevgi var. Məhəbbətdən gözəlliklər doğur”.
/Axşam.az/