26 Yanvar 2019 18:45
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mənzurə Musayeva ilk evliliyinin puç olmasından danışıb.

Teleqraf.com-un məlumatına görə, “Şou ATV” verilişində qonaq olan ifaçı bildirib ki, keçmiş həyat yoldaşı onunla barışmaq istəyir:

“Yenidən barışmaq istədi, rədd elədim. Dedim ki, sən mənim həyatımı puç elədin. Boşanandan iki il sonra qayıtmaq istəyirdi. Hər zaman mənə deyir ki, gəl barışaq. Dedim ki, itirdiyinin qədrini indi bilirsən? O mənə elçi gələn zaman 9 elçi gəlmişdi. Amma mən bir tək ona “hə” dedim. Qonşularımız deyirdi ki, bu qara qıza niyə belə çox elçi gəlir. Həmin vaxt anam dedi ki, qızım, bu sənin xörəyin deyil. Amma sevgimə görə onu seçdim. Sevgi boş şeymiş”.

Qeyd edək ki, Mənzurə Musayeva iki dəfə evli olub, boşanıb. Müğənni ayrılığa səbəb kimi övladının olmadığını göstərib.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər