29 Yanvar 2019 16:04
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl əməliyyat olunan meyxanaçı İntiqam Rüstəmovun səhhətindən xəbər var.

Teleqraf.com-un məlumatına görə, meyxanaçı “Səhər-Səhər” verilişinə açıqlamasında ayaqlarının tutulduğunu deyib.

O bildirib ki, səhhətindəki problemə səbəb səhv diaqnoz qoyulması olub:

“Ayaqlarım əsəblə əlaqədar tutulmuşdu, indi şükür Allaha açılıb. Ayaq damarlarım dartılırdı, tərpənə bilmirdim. Sinir elə sıxılıb ki, çox böyükdür, çürümə ilə nəticələnə bilər. Rusiyada tədbirə getməli idim, bileti də qaytardım, Ehtiram isə orada idi, gəlmək istəyirdi, qoymadım. Dostlar hamı zəng etdi, Rəvan Qarayev, Namiq Məna və çox dostlar gəldi”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər