Hollivud ulduzu Pamela Anderson maraqlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl həyat yoldaşı Rik Salamon ilə boşanmaq üçün ikinci dəfə məhkəməyə müraciət etdiyini bildirən aktrisa xoş xəbər paylaşıb. Kinorejissor ilə bir neçə ildir ailəli olan Pamela boşanma fikrindən daşınıb. Seksual sarışınların siyahısına daxil olan altrisa məhkəməyə müraciət edərək boşanma qərarının ləğv edilməsini və sənədlərinin geri qaytarılmasını istədiyini deyib.
Qeyd edək ki, Pamela Anderson və Rik ilk dəfə 2008-ci ildə boşanıblar. Cütlüyün ikinci dəfə boşanmaları barədə isə bu ilin yanvar ayında mediada xəbərlər yayılmağa başlayıb.
Sənətçi bundan öncə iki dəfə ailəli olub, 1995-ci ildən 1998-ci ilə qədər onun yoldaşı rok musiqiçi Tommi olub, 2006-cı ildə Anderson digər rokçu Kid Rok ilə həyatını birləşdirib, onların evliliyi cəmi bir il davam edib.