5 Fevral 2019 14:12
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atam anamla qohum olub. O zaman kişilər Rusiyaya işləməyə gedirdi. O da getdi. Dörd qızı var idi, o isə oğul istəyirdi. Getdi Rusiyada oğlu oldu, bura gələ bilmədi".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməmkdar artist Elza Seyidcahan "Şou ATV" verilişində deyib.

Atasının ailəsini atmasından danışan Elza Seyidcahan bildirib ki, onları anası böyüdüb: "Anam bizi gözəl böyüdüb. Uşaqlar var ki, dərs oxumur, valideyni yollayır ki, get, pul qazan. Amma anamız bizi dərs oxumağa göndərirdi".

Sənətçi bildirib ki, 8-ci sinifdə oxuyanda atası qayıdıb gəlib: "Anamla barışdılar. Sonra yenə çıxıb getdi. İllər sonra onu metroda gördüm, çağırmadım. Düşündüm ki, gələr yanımıza. Amma gəlmədi. Atam 4 qıza baxmadı getdi, amma indi onu qəhrəmanlaşdırdılar. Hara gedirəm ondan danışırlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər