Türkiyə Xizək Federasiyası nəzdində tam 17 il sonra yenidən toplanan Senkron Milli Komandası 2019-cu ilin aprelində Amerikada baş tutacaq dünya çempionatı üçün hazırlığa başlayıb.
Teleqraf.com xəbər verir ki, komandanın üzvlərindən olan müğənni Mustafa Sandal bu barədə açıqlama verərək deyib ki, 7 yaşından bu yana xizək sürür və bu onun həyat tərzidir:
“Əgər müğənni olmasaydım, xizək müəllimi olardım”.
Paylaşdığı bir şəklin altına isə bu sözləri yazıb:
“Milli Xizək Federasiyası tərəfindən Türkiyə Senkron Milli Xizək Komandasına seçilmiş olduğum üçün qürurluyam”.