Ötən gün Heydər Əliyev Sarayında müğənni Zamiq Hüseynovun "Bu gün bizim günümüz" adlı solo konserti olub.
Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Sarayında ilk dəfə konsert verən Zamiqi dinləyənlər arasında xalq artistləri Fidan Hacıyeva, Faiq Sücəddinov, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər İlqar Muradov, Röya Ayxan, aparıcılardan Nərgiz Cəlilova, Nurlana Cəfərova, reper Elşad Xose, Nəğd Pul və digər incəsənət nümayəndələri olub.
"Var elə insan" adlı kompozisiya ilə ifaya başalan müğəninin konserti tamaşaçıların sürəkli alqışları ilə yaddaqalan olub.
Zamiq konsert zamanı elə səhnədəcə gecənin təəssüratlarını dostları ilə bölüşüb:
“Çox sevinirəm, sizi burda görməyə çox şadam. İllərdir ki, məhz bu anın həsrətini çəkirdim. Əziz dostlar, mənə doğru axan sevgi selinin qarşılığını vermək mümkün deyil. Asəf Zeynallı adına Konservatoriya bura çox yaxındır. Orda təhsil aldığım illərdə afişalara baxıb fikirləşirdim ki, “Tanrım, görəsən, burda bir-iki mahnı oxumaq nə vaxtsa mənə qismət olacaq?”