Xalq artistləri Zülfiyyə Xanbabayeva və Aygün Kazımova səmimi görüntüləri ilə diqqət çəkiblər.
Sənətçilər tədbirlərdən birində Axşam.az-ın fotokamerasına tuş gəliblər. Eyni masada əyləşən Aygün və Zülfiyyə söhbət edib, barışdıqlarını bir daha nümayiş etdiriblər.
Eyni zamanda Kazımovanın saç düzümü də diqqətdən yayınmayıb. İfaçı uzun saçlarını kare kəsdirib.
Qeyd edək ki, məşhurlar uzun illər küsülü olublar. Onlar bir müddət əvvəl tədbirlərdən birində barışıblar.