Türkiyəli müğənni Berkayın aparıcı Ece Erkenlə münasibətlərinin isti olmasından xəbər verən fotoları yayılıb.
Teleqraf.com xəbər verir ki, ziyafətə qatılan bu iki məşhur sona qədər birlikdə olub, içki içib və rəqs ediblər.
Onların sevgili olduğu və Berkayın həyat yoldaşına Ece ilə xəyanət etdiyi iddia olunub.
Amma həm Ece, həm Berkay, həm də müğənninin xanımı Özlem Ada Şahin yayılan xəbərləri təkzib ediblər.