1 Sentyabr 2014 11:05
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Röya Ayxan İnstaqram hesabından danışıb.

Teleqraf.com-un axşam.az-a istinadən məlumatına görə, sənətçi hər gün min izləyicisini qara siyahıya saldığını etiraf edib:

“Mənim həyatım başdan ayağa selfidir. Bir dəfə şəkil çəkdirmişəm, İnstaqramda paylaşmışam, orada dava gedirdi. 41 min izləyicim var. Gün ərzində min nəfəri “blok” edirəm. Fikirlərini yazırlar, bu normaldır. Amma görəndə ki, sevənlərimlə dava edirlər, onları qara siyahıya salıram. Mən, onsuz da, öz işimdəyəm. Kim yaxşı söz deyir, pis danışır, mənə fərq etməz. Elə ədəbsiz söz yazırlar ki, onu oxumaq çox əcaibdir. Məni başqa yerdən də dostlarım izləyir. Eləsi var ki, girib yazılara baxmaq onun hobbisidir. Ayıbdır, axı”.


Müəllif:

Oxşar xəbərlər