9 Mart 2019 00:13
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalmaqallı evlilik təklifi ilə gündəm olan müğənni Elnar Xəlilovun bu gün toyu olub.

Teleqraf.xəbər verir ki, şairə Aysel Nəcəfli ilə "ayrılıq şousundan" sonra nikah bağlayan ifaçı paytaxt restoranlarından birində özünə toy edib.

Toyda tanınmış müğənnilər iştirak edib.

Qeyd edək ki, bir müddət öncə Elnar Xəlilov sosial şəbəkədə “Mən subayam” başlıqlı video çəkərək Aysellə xasiyyəti uyğun gəlmədiyi üçün ayrıldıqlarını söyləmişdi. Cütlüyün gündəmə gəlmək üçün belə addım atdığı bildirilirdi.

Müğənni Manaf Ağayevin toydan yayımladığı görüntünü təqdim edirik:


Müəllif: Leyla