23 Mart 2019 08:26
3 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Üzeyir Mehdizadə Novruz Bayramı münasibətilə həmkarı Rəqsanə İsmayılovanın Moskvadakı restoranında konsert proqramı ilə çıxış edib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, konsertdən sonra ifaçı və köməkçisi döyülüb.

Onları döyən şəxslər isə Moskvada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılardır.

Qeyd edək ki, konsertdə Üzeyir yüngül zədə alsa da, köməkçisinin vəziyyəti ürəkaçan olmayıb.

Digər tərəfdən Üzeyirin, konsert baş tutan restoranın və məkanın sahibi Rəqsanə İsmayılovanın sosial media hesabında konsertdən görüntülər paylaşmaması da diqqət çəkib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər