Xalq artisti Canəli Əkbərov ailəsi ilə birlikdə "Zaurla Günaydın" verilişinə qızları, nəvələri və nəticələri ilə birlikdə qatılıb.
Teleqraf.com-un məlumatına görə, 80 yaşlı xanəndənin xeyli dəyişdiyi diqqətdən qaçmayıb.
Muğam ifaçısı "13 nəvəm, 16 nəticəm var" deyə, bildirib. Xanəndə 60 ildir həyat yoldaşı ilə ailəli olduğunu əlavə edib.