ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı olan müğənni Nadir Qafarzadə oğlunun hələ evlənmək istəmədiyindən danışıb.
Teleqraf.com xəbər verir ki, müğənni oğlundan danışarkən bildirib:
“Uşağım deyir ki, öz planlarım var. Sosial şəbəkələr çıxandan sonra oğlanlarda evlənmək qorxusu var. İndi uşağa bir söz deyirsən, deyir ki, səni polisə verərəm, hüquqlarım var. Arvada söz deyirsən, deyir ki, kişiylə, arvadın hüquqları eynidir. Qadını çox azad buraxmaq olmaz”.