25 Aprel 2019 10:40
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix Əliyev (Tolik) ögey atasının sərt ittihamları ilə üzləşmiş müğənni Sevda Yahyayevanı müdafiə edib.

Teleqraf.com xəbər verir ki, o bu barədə özünün İnstaqram səhifəsində yazıb.

Tolik paylaşımında qeyd edib:

“İndi gördüm, saytlar Sevda Yahyayeva haqda yazıblar. Kaş şou biznesdə və telekanalda Sevda kimi abırlı və özünə hörmət edən xanımlar çox olaydı.

O kişinin kim olduğunu bilmirəm. Mənim anam və Sevdanın anası 5 il qabaq bir yerdə 14 gün Naftalanda müalicə alıblar. Heç onda bu papaqsız kişi yox idi. Mən Sevda ilə işləmişəm və heç vaxt eşitməmişəm ki, onun atalığı var. Bu nədi?.. Çıxıb tanınmış adamlar şər atır, cavabı da verilmir. Mən şəxsən bu kişini görsəm üzünə tüpürərəm”.

Prodüser Sevdanın ögey atası olduğunu iddia edən kişini də sərt şəkildə tənqid edib: “Sənin kimi ağsaqqal olmaqdansa, olmasın. Sən yaşından, papağından utan. Çıxıb qızın yaşda müğənnini biabır etməyə çalışırsan.

Sevda səndən pul alıb? O sənin hesabına ev alıb? Sən bu gün-sabah öləcəksən, amma o hələ gəncdir, həyatını yaşamalıdır”.

Qeyd edək ki, müğənni Sevda Yahyayevanın ögey atası olduğunu iddia edən yaşlı bir kişi “Xəzər TV”də yayımlanan “Səni axtarıram” verilişinə çıxaraq onun haqqında gözlənilməz ittihamlar səsləndirib. O, Sevdanın anasını evində qulluqçu kimi saxladığını iddia edib:

“Sevda anasını əlimdən alıb özünə xidmətçi apardı. Dedi, evdə işləri çatdırmıram, gəl işimi gör. Gedəndə də məni təhqir edib getdi”.

Yaşlı kişi Sevdanın anası ilə qeyri-rəsmi nikahda yaşadığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər