Müğənni Fidan Süleymanova xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafova qarşı hisslərini ifadə edib.
Müğənni xalq artistinin xanımı ilə fotosunu “İnstagram” səhifəsində paylaşaraq onun kimi ərinin olmasını arzulayıb:
“Bir anlıq ürəyimdən keçdi ki, kaş Fəxrəddin Manafov kimi həyat yoldaşım olaydı. Doğrudan da qadının onu başa düşən, qayğısına qalan, sevən ərinin olmamaması bir müddət sonra faciə olduğunu hiss etdirir. Qəbul etdiyim depressiya əleyhinə dərmanlar həm keçmişdəki əziyyətlərimin, həm də son 4 ildə tənhalığımın nəticəsidir. İlk dəfə bu gecə qəlbimdən keçdi ki, həqiqətən də məni nəvazişlə, qayğısıyla ovsunlayan ərim olaydı kaş”./Yenicag.az/