28 Aprel 2019 12:40
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər TV-də də Bədii Şuraya üzv seçilən Xalq artisti Nazpəri Dostəliyeva yeni vəzifəsi barədə İnstaqram səhifəsində paylaşım edib.

Teleqraf.com xəbər verir ki, müğənni Xəzər televiziyasının Bədii Şurasına üzv seçilməyi münasibətilə çoxlu təbrik mesajları aldığını qeyd edib.

"Hamınıza səmimi təşəkkürlərimi bildirirəm. Nə yaxşı ki, varsınız! Bundan sonra mədəniyyətimizə, incəsənətimizə davam. Etimad göstərən, etibar eləyən hər kəsə təşəkkürlər!", - deyə Nazpəri Dostəliyeva qeyd edib.

Qeyd edək ki, Xəzər TV-də şuraya xalq artistləri Nazpəri Dostəliyeva, Həmidə Ömərova, Xalq yazıçısı Elmira Axundova, deputatlar Elman Nəsirli, Novruz Aslan və bir neçə tanınmış üzv seçiliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər