Cinayətkarı proqramında qonaq etməsi müğənniyə baha başa gələcək
Beş dəfə evli olan və 2 arvadını öldürən Sefer Çalınakı aparıcı olduğu izdivac proqramına qonaq dəvət etməsi müğənni Seda Sayana baha başa gələcək.
ANS PRESS-in xəbərinə görə, proqramın yayımlanmasından sonra bir çox qeyri hökumət təşkilatı, siyasətçilər və tamaşaçılar Seda Sayana və proqramın yayıldığı “Show” kanalına kəskin etirazlarını bildiriblər.
Ailə və Sosial Siyasət Nazirliyi isə Seda Sayanın proqram barədə “Radio Televiziya Ali Şurası”na (RTÜK) şikayət edib. Məlumata görə, artıq RTÜK şikayətlə bağlı araşdırmalara başlayıb və qurumun “Show” kanalını yüksək məbləğdə cərimə etməsi gözlənilir.
Xatırladaq ki, Seda Sayanın proqramı səbəbindən daha əvvəl RTÜK “Kanal D”ni 1 milyon lirə (363 000 manat) cərimə etmişdi.
Türk Psixoloqlar Dərnəyi isə Seda Sayanın bu hərəkətini pisləyib və müğənnini zorakılığa meylli insanları cəsarətləndirməkdə ittiham edib.
Qeyd edək ki, “Flash” telekanalında izdivac proqramına çıxaraq 5 dəfə evli olduğunu və 2 arvadını öldürdüyünü deyən Sefer Çalınak efirdən qovulmuşdu. Daha sonra Türkiyənin tanınmış müğənisi Seda Sayan onu öz proqramına qonaq çağırmışdı.