Məşhur türk aktrisası Merve Boluğur daha bir uğura imza atıb.
ANS PRESS-in məlumatına görə, dünyaca məşhur model Adriana Lima, Emili DiDonato kimi insanların reklam siması olduğu "Maybelline New York"un Türkiyə təmsilçisi Merve seçildi. Ötən günlərdə Türkiyədə keçirilən təqdimat mərasiminə qatılan aktrisa kosmetikanın qadın üçün nə qədər vacib olduğunu bildirib.
"Kosmetikadan istifadə etmə hər bir qadına özünü yaxşı hiss etməkdə kömək edir, ən vacib olanı isə gözlərin vurğulanmasıdır", - deyərək sənətçi fikirlərini bildirib. Merve bu reklama çəkilmək üçün pəhriz saxlayaraq daha da arıqladığını etiraf edib.
Qeyd edək ki, gənc və cazibədar aktrisa "New York Fashion Week"i izləmək üçün dəvət olunduğu şəhərə yola çıxıb. Aktrisa Manhetonun küçələrində və yerləşdiyi otelin damında fotolar çəkdirib daha sonra isə sosial şəbəkədə paylaşıb.