Türk müğənni Seda Sayan özəl həyatı ilə bağlı ilginc açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, sənətçi tanış olduğu kişilər barədə danışıb.
O, həmin kişilərdən şəxsiyyət vəsiqəsinin nömrəsini istədiyini bildirib:
“Uzun zamandır tanış olduğum kişilərdən şəxsiyyət vəsiqələrinin nömrəsini istəyirəm. Mənə “ayıbdır” deyirlər, onlar yalan danışanda ayıb olmur, mən edəndə olur?”
Seda Sayan bir daha evlənməyəcəyini də deyib: “Evlilik kitabını bağladım, həyatımda kimsə yoxdur. Bəzən mənə “pulgir” deyirlər, amma işləməyin pulla heç bir əlaqəsi yoxdur, işləmək sağlamlıqdır.
Sevgidə isə yaş fərqi bir yerə qədər önəmlidir. Məsələn, bir kişi 30 yaşından sonra istədiyi qadınla ola bilər”.