7,5 aylıq hamilə olan məşhur müğənni Bengü ilk dəfə yataq sirrini açıb.
Teleqraf.com xəbər verir ki, ifaçı tək olmaqdan xoşu gəlmədiyini söyləyib:
"Tək olmağı sevmirəm. Buna görə də axşam Səlimin evə qayıtmağını dörd gözlə gözləyirəm. Çox sevdiyim üçün onu çox qısqanıram. Yatağa əsla küsülü girmirik", - deyə Bengü bildirib.
Qeyd edək ki, Bengü biznesmen Səlim Səlimoğlu ilə evlidir.