10 Sentyabr 2014 20:00
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

30-50 yaş arası qadın üzərində aparılan araşdırmada məlum olub ki, çox yatan qadınlar, az yatan qadınlarla müqayisədə daha uzun ömürlü olurlar. Az yatan, yuxu rejiminə əməl etməyən qadınların dərisində qırışlar və ləkələr daha tez meydana gəlir. Üstəlik, dəri də öz elastikliyini itirdiyi üçün yaşlılıq əlamətləri daha tez bəlli olur.

Tabloid.az Rusiya mətbuatına istanəd xəbər verir ki, nizamlı yuxu rejiminə əməl edən qadınların dəriləri, az yatan qadınlarla müqayisədə hətta günəş şüalarına məruz qaldığı zaman çox zərər görmür. Belə dərinin özünü tez zamanda bərpa edə bildiyi sübuta yetirilib.

Xroniki yuxusuzluqdan əziyyət çəkən insanların köklüyə, xərçəngə və diabet xəstəliyinə yol açdığı da deyilir. Bir də yuxu rejiminə dəqiqliklə əməl edən qadınların özlərini daha seksual və gümrah hiss etdiyi bildirilib.

Sağlam həyat və gözəllik üçün yuxu saatlarını azaltmayın!

Qeyd: Melatonin hormonu sağlam həyat və rahat yuxu üçün məsuliyyət daşıyır. Qaranlıq (yaxşı olardı ki, tam qaranlıq olsun) və gecə onun iki mühüm şərtidir. Çünki bu hormonlar ancaq qaranlıq mühitdə yaxşı istehsal olunur. O, təkcə rahat yuxu gətirmir, eyni zamanda, orqanizmi bərpa etməyə kömək edir: sinirləri sakitləşdirir, immun sistemini gücləndirir, ürək-damar sistemini normallaşdırır. Bundan başqa, melatonin cavanlaşdırıcı təsir göstərir və ömrü uzatmağa kömək edir.


Müəllif:

Oxşar xəbərlər