16 İyul 2019 16:01
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada restoranların birində azərbaycanlı model Gülnarə Əlimuradovanın üzüyü oğurlanıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, dəyəri 1,5 milyon rubl (təxminən 40 min 741 manat) olan zinət əşyası 15 iyulda itib.

Əvvəlcə itən əşyanın kimə aid olduğu bilinməsə də, məsələ sonradan üzə çıxıb. Məlum olub ki, G.Əlimuradova üzüyü restoranın tualetində unudub. Sözügedən üzüyü ona nişanlısı hədiyyə edib./axşam.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər