29 İyul 2019 00:44
1 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jara-2019” Beynəlxalq Musiqi Festivalının sonuncu günü - iyulun 28-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

Teleqraf.com xəbər verir ki, Xalq artisti Emin Ağalarov festivalın sonuncu günü səhnəyə məşhur gənc musiqiçilərin çıxacağını söyləyib və onların ifalarının tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini ifadə edib. O vurğulayıb ki, festivalın sonuncu günü çox təmtəraqlı keçir. Bu gün festivalın ən hərarətli günüdür. “Bütün iştirakçılara təşəkkürümü bildirirəm və hər kəsi doğma “Jara” festivalında görməkdən çox şadam. Bugünkü konserti Timati bağlayacaq. Bu da çox möhtəşəm olacaq”, - deyə Emin Ağalarov qeyd edib.

Sonra məşhur ifaçılar və qruplar - Timati, Nazima, TERNOVOY, Doni, Mişa Marvin, Klava Koka, Natan, Qriqori Leps, Ciqan, MOLLY, Loboda, HammAli i Navai, CYGO, Mari Kraymbreri, Rauf, Faiq, ZOMB, Nyuşa, Lyubov Uspenskaya, Rasa, Kosmos Girls, Elvin Qrey, Ellai, MOT, Aısel, Asammuell, Babək Məmmədrzayev, Samra, Fika, İsayya, Evqeniya Mayer, Velvet, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, JONY, Elman, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, TEREZA və Serebro da qırmızı xalıdan keçərək fikirlərini jurnalistlərlə bölüşüb, bugünkü konsertdə ifaların əsl bayram əhval-ruhiyyəsi yaradacağını qeyd ediblər. Onlar, həmçinin konsertə böyük həvəslə hazırlaşdıqlarını söyləyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər