2 Avqust 2019 08:05
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur müğənni Lider Qaqa yeni sevgilisi ilə görüntülənib.

Teleqraf.com xəbər verir ki, Nişanlısı Kristian Karino ilə 6 ay əvvəl ayrılan məşhur sənətçi Kaliforniyadakı bir məkanda yeni sevgilisi Dan Horton ilə istirahət edərkən obyektivlərə tuş gəlib. O, hər kəsin içində sevgilisini opüşlərə qərq edib.

Müğənninin məşhur aktyor Bredli Kuper ilə eşq yaşadığı söylənsə də, bu görüntülər iddianı yalanlayıb.

Qeyd edək ki, rus model İrina Şeyk ilə Bredli Kuperin 3 illik münasibətinin Ledi Qaqa sonladnığı bildirilirdi.


Müəllif: Teleqraf.com