20 Avqust 2019 19:08
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Mehin Hümbətova 336 balla Azərbaycan Dillər Universitetinin Tərcümə (rus-fransız) fakültəsinə qəbul olan Orxan Bağızadəyə dəstək olub. O, Orxanın təhsil haqqını ödəməyə hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, yayılan məlumata görə, atası Orxanın attestatını gizlədərək onun ali məktəbə qəbul prosesinə mane olmaq istəyib.

Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edən Orxana Təhsil Nazirliyi yeni attestat düzəltdirib.

Həmçinin, sosial şəbəkədə ona xeyli dəstək mesajları yağıb.

Orxan illiyi 1000 manat olan təhsil haqqını işləyərək ödəyəcəyini deyib. Aktrisa Mehin Hümbətova bu barədə paylaşım edərək, təhsil haqqını özünün ödəyəcəyini söyləyib:

“Bu hadisənin yaşandığına görə, çox təəssüf edirəm. Belə valideynlərə ayıb olsun! Övladının gələcəyi ilə oynayan, seçiminə qarışan insan valideyn adına ləkədir! Onun təhsil haqqını öz üzərimə götürərəm!”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər