Fransalı DJ Maqa ilə gizli eşq yaşadığı iddia edilən türkiyəli aktrisa Beren Saatın etirafı şok effekti verib.
Teleqraf.com xəbər verir ki, uzun zamandır müğənni əri Kənan Doğuludan boşanacağı iddia edilən sənətçi bir neçə gün öncə DJ-lə yayılan fotoşəklinə aydınlıq gətirib.
Jurnalistlərin Maqanın dedi-qoduya səbəb olan fotoşəklindəki qadının o olub-olmadığı barədə sualına Beren Saat "Bəli, o fotodakı mən idim" cavabını verib.
Həyat yoldaşı Kənan Doğulu isə məsələ ilə bağlı hələ heç bir açıqlama verməyib.