Seksin orqanizmə üçün faydalı olduğunu elm çoxdan sübut edib. Bəs seksin qadın və kişi üçün hansı faydaları var? Tabloid.az-ın Türkiyə mətbuatından tərcümə etdiyi bu yazısını oxuyanlar sekslə məşğul olmaq istəyəcəklər!
Seksin sağlamlığa xeyirli cəhətləri
1.Kökəlməyə qoymur
Yarım saatlıq yataq otağı keyfi 200-250 kalori atmağınıza səbəb olur. Hər gün sekslə məşğul olaraq formanızı qoruya bilərsiniz.
2. Ürək-damar xəstəliklərindən qoruyur
“Belfast Queen’s” universitetinin 1000 insan arasında apardığı tədqiqatlar göstərir ki, həftədə üç dəfə və daha çox cinsi əlaqəyə girən insanların infarkt keçirmə riski yarı-yarıya azalır.
3. İflic olma riskini azladır
Seks həm qadınların, həm də kişilərin iflic olma riskini azaldır.
4. Yuxusuzluqdan əziyyət çəkmirsiniz
Cinsi əlaqə zamanı istehsal olunan “təbii morfi” ləqəbli endorfin hormonları bədəni rahatlaşdırır. İnsanı sakitləşdirən hormonlar sayəsində şirin yuxuya getmək asanlaşır.
5. Qoxu alma qabilliyyətiniz artır
Orqazm zamanı istehsal olunan prolaktin hormonu beynin qoxu alma mərkəzinə siqnal göndərir. Nəticədə davamlı olaraq sekslə məşğul olan insanların qoxu alma qabiliyyəti yaxşılaşır.
6. Qocalmağa qoymur
Bütün dünyada məşhur, Amerikada işləyən türkiyəli həkim Mehmet Öz seksin qocalmanın qarşısını aldığını deyir. Onun sözlərinə görə, ildə 100 dəfə sekslə məşğul olan qadın və kişilər daha gec qocalırlar. Onların dərisi parlaq və cavan qalır.
7. İmmuniteti gücləndirir
Araşdırmalar göstərir ki, həftədə iki dəfə sekslə məşğul olmaq immuniteti 30 faizdən çox qüvvətləndirir. Ona görə də sekslə məşğul olan insanlar xəstəliklərə daha az yaxalanırlar.
8. Ağrını aradan qaldırır
Bir çox qadın “başım ağrayır” bəhanəsi ilə partnyorun sekslə məşğul olmaq təklifinə yox cavabı verir. Ancaq mütəxəssislər qadınların bu yalanını ortaya çıxarıblar. Məlum olub ki, seks ağrını aradan qaldırmaq xüsusiyyətinə malikdir. Çünki cinsi əlaqə və orqazm qadınlarda endorfin hormonunun səviyyəsinin artmasına və beləliklə də ağrıların aradan qalxmasına səbəb olur.
Əgər qadın təmin olarsa, baş ağrısı və miqren ağrıları yox olur.
9. Bədənin elastikliyini artırır
Seks bədənin elastikliyini artırır. Bu da 45-50 yaşlarında belə rahat və cəld hərəkət etməyə imkan yaradır.
10.Sümükləri gücləndirir
Seks zamanı istehsal olunan testosteron hormonu sümükləri gücləndirir və xüsusilə qadınlarda 40 yaşdan sonra müşahidə olunan sümük əriməsinin qarşısını alır.
Qadınlar üçün faydaları
11. Əzələləri güclənir
Seks zamanı çanaq sümüyü içində yerləşən əzələlər güclənir. Bu da menopoza dövründə qadınlar üçün problemə çevrilən genital bölgədəki sallanmaların qarşısını alır.
12. Aybaşı ağrıları azalır
Mensturasiya zamanı qadınlara əzab verən ağrılardan xilas olmaq üçün seks ən yaxşı dərmandır.
13. Seks seksi istəyini arttırır
Tədqiqatlar göstərir ki, seksdən sonra orqanizmdə testosteron hormonu artır. Bu hormonun səviyyəsinin yüksəlməsi ehtirasın alovlanmasına səbəb olur.
Seksin müsbət psixoloji təsirləri
14. Evliliyin uzunmüddətli olmasına təsir göstərir
Hər cütlük arasında kiçik dava-dalaşlar olur. Bu zaman küsülülüyü aradan qaldırmaq üçün ən yaxşı vasitə seksdir. Seks həyatından məmnun olan cütlüklər daha uzun müddət ailə həyatını qoruyub saxlaya bilirlər.
15. Özünə inamı artırır
Sevdiyiniz insanı təmin edib onu xoşbəxt hiss etdirmək özünüzə olan inamınızı artırır.
16.Sizə dünyanın ən gözəl meyvəsini verir
Təbii ki, seksin ən gözəl tərəfi övlad sahibi olmağınıza imkan yaratmasıdır. Dünyaya sağlam uşaq gətirmək üçün cütlüklərin mükəmməl seks həyatlarının olması vacibdir.
Tabloid.az
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.