Məşhur aktrisa Ülviyyə Xəlilbəyli ARB-də aparıcı kimi fəaliyyətinə son qoyub.
Teleqraf.com xəbər verir ki, o, ARB telekanalında yayımlanan "Tərz+" adlı verilişdən ayrılıb.
Aktrisa bu haqda sosial şəbəkədə məlumat verib. O, “Bu həftədən etibarən verilişin aparıcısı mən olmayacam. Hər kəsə uğurlar” deyə qeyd edib.
Qeyd edək ki, Ülviyyə Xəlilbəyli aktyor Murad İsmayıl ilə evlidir.