Qeyri-adi bədən quruluşu ilə məşhurlaşan Kim Kardaşyan prezident Donald Trampın çağırışını nəzərə alaraq daha çılpaq fotolar çəkdirməyəcəyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, ötən ay start verdiyi hüquq təlimi ilə bağlı Ağ evdə olan Kardaşyan vəkil olmaq istədiyini bildirib. Tramp ona "Ciddi qəbul olunmağını istəyirsənsə, masanın üzərində uzanaraq poz vermə" məsləhətini verib.
Buna cavab olaraq model bildirib ki, övladlarının onun çılpaq şəkillərini görmələrini istəmir: "Bundan sonra sosial şəbəkələrdəki hesablarımda bu cür pozlar verməyəcəm".